Cüdo üzrə Azərbaycan çempionatında ikinci günün qalibləri bilindi

Hövsanda yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən cüdo üzrə Azərbaycan çempionatı davam edir.

Arena.az xəbər verir ki, yarışın ikinci günündə 4 çəki dərəcəsində 90 cüdoçu medallar uğrunda mübarizə aparıb.

Qadınlar -52 və -70 kq, kişilər isə -66 və -90 kq çəki dərəcələrində qaliblərin adına aydınlıq gətiriblər.

Mükafatçıları təqdim edirik:

Qadınlar

-52 kq

  1. Zeynəb Məmmədova
  2. Nuray Quliyeva
  3. Ayşə Qurbanlı
  4. Fəridə Mirzəyeva

-70 kq

  1. Günel Həsənli
  2. Pərvanə Abdullayeva
  3. Səkinə Baxşıyeva
  4. Aygül İsmayılova

Kişilər

-66 kq

  1. Rəşad Yelkiyev
  2. Tofiq Məmmədov
  3. Zahir Ağazadə
  4. Kamran Süleymanov

-90 kq

  1. Elcan Hacıyev
  2. Vüqar Talıbov
  3. İbrahim Ağakişiyev
  4. Şamil Tuncay

Qeyd edək ki, cüdo üzrə Azərbaycan çempionatı 3 gün davam edəcək. Yarışda ümumilikdə 14 çəki dərəcəsində 300-dən çox cüdoçu medallar uğrunda mübarizə aparır. Çempionata sabah – dekabrın 17-də yekun vurulacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: