Azərbaycanın cüdo üzrə gənc oğlanlardan və qızlardan ibarət milli komandaları Portuqaliyada keçiriləcək dünya çempionatında iştirak edəcək.
Arena.az xəbər verir ki, 4-8 oktyabrda Odivelas şəhərində baş tutacaq yarışda Azərbaycan 11 çəki dərəsində 8 oğlan və 7 qız cüdoçu ilə təmsil olunacaq.
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentinin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu milli komandaların təlim-məşq toplanışlarını ziyarət ediblər. Federasiya rəsmiləri cüdoçuların hazırlığı ilə maraqlanıblar, cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.
Dünya çempionatında cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov və gənc qızlardan ibarət yığmanın məşqçisi Vüqar Hüseynov rəhbərlik edəcəklər.
4-7 oktyabr aralığında dünya çempionatının fərdi yarışları, 8 oktyabrda isə komanda yarışları keçiriləcək.
Qeyd edək ki, yarışda ACF-nin A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Çempionata qatılacaq heyəti təqdim edirik:
Qızlar
-48 kq
Könül Əliyeva
-52 kq
Aydan Vəliyeva
Xədicə Qədəşova
-57 kq
Fidan Əlizadə
-78 kq
Nərmin Əmirli
+78 kq
Nigar Süleymanova
Pərvanə Abdullayeva komanda yarışında mübarizəyə qoşulacaq.
Oğlanlar
-60 kq
Nizami İmranov
-66 kq
Aydın Rzayev
-73 kq
Süleyman Əliyev
Vüsal Qələndərzadə
-81 kq
Ömər Rəcəbli
-90 kq
Vüqar Talıbov
İsmayıl Zamanov
+100 kq
Ramazan Əhmədov
Kənan Nəsibov komanda yarışında mübarizəyə qoşulacaq.





