Mayın 25-26-da Portuqaliyanın Koimbra şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə yeniyetmələr arasında Avropa Kuboku keçiriləcək.
Arena.az xəbər verir ki, turnirdə 23 ölkədən 547 idmançı iştirak edəcək.
Azərbaycan yarışda qızlar və oğlanlar arasında 6 çəki dərəsində 13 cüdoçu ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmə oğlanlardan ibarət komandanın məşqçisi Emin İskəndərov və yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov rəhbərlik edəcəklər.
Qızlar
-48 kq
Diana Eldarova
Nuranə Hacızadə
-52 kq
Aysun Məmmədova
Səmayə Yusifli
-57 kq
Aytən Verdiyeva
Oğlanlar
-60 kq
Fərid Qarayev
Özqan Quliyev
Nihad Rəhimov
-66 kq
Ümüd Qurbanov
Ramil Mahmudov
Kənan Sadıqov
Səlim Sultanov
-90 kq
Hüseyn Eyvazlı


