Martın 3-dən 5-nə qədər Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turniri keçiriləcək. Arena.az xəbər verir ki, üç gün davam edəcək turnirdə 51 ölkədən 372 idmançı iştirak edəcək.
Azərbaycan milli komandası yarışda 3 çəki dərəsində 6 cüdoçu ilə təmsil olunacaq. Ölkəmizi söügedən turnirdə Rövşən Əliyev, Əhməd Yusifov (-60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (-66 kq), Nəriman Mirzəyev və Rəşid Məmmədəliyev (-73 kq) təmsil edəcəklər.
İdmançılarımız mötəbər yarışda cüdo üzrə böyüklərdən ibarət yığmanın böyük məşqçiləri Mövlud Mirəliyev və Mehman Əzizovun rəhbərliyi altında çıxış edəcəklər.
-60 kq
Rövşən Əliyev
Əhməd Yusifov
-66 kq
Kamran Süleymanov
Ruslan Paşayev
-73 kq
Nəriman Mirzəyev
Rəşid Məmmədəliyev


