Azərbaycanın cüdo üzrə milli komandası Avstriyanın Linz şəhərində təşki olunmuş qran-prini bir medalla başa vurub.
Arena.az xəbər verir ki, turnirə 5 idmançı ilə qatılan yığma üzvlərindən yalnız biri gümüş mükafata yiyələnib.
Daha əvvəl Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün ikinci pilləsinə qalxmışdı. Yarışın son günündə isə Camal Qamzatxanov (+100 kq) medalçılar sırasına düşmək şansını əldən verib. O, bürünc medal uğrunda görüşdə almaniyalı Losseni Koneyə məğlub olub.
Xatırladaq ki, cüdo yığmamızın digər üzvlərindən Aytac Qardaşxanlı (63 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq) da bu yarışda uğursuz nəticə göstəriblər.