Bu gün Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində təşkil olunmuş cüdo üzrə Açıq Avropa turnirinə yekun vurulub.
Arena.az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycan millisinin daha bir üzvü medal qazanmağa nail olub.
Belə ki, kişilər arasında 100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Ruslan Nəsirli üçüncü yer uğrunda görüşdə xorvatiyalı İvan Rozqa üzərində qələbə qazanaraq bürünc medala sahib olub.
Xatırladaq ki, yarışın ilk günündə İslam Rəhimov (66 kq) gümüş, Nəriman Mirzəyev (73 kq) isə qızıl medal qazanmışdı.
Beləliklə, cüdoçularımız Açıq Avropa turnirində 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar. Azərbaycan yığması medal əyarına görə ümumi hesabda 8-ci, kişilər arasında isə 4-cü yeri tutub.
Cüdo yığmamız Sarayevoya bütövlükdə 21 idmançı ilə yollanmışdı.


