Mayın 27-də Portuqaliyanın Koimbra şəhərində təşkil olunmuş yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna start verilib.
Arena.az xəbər verir ki, turnirdə Azərbaycan cüdoçuları da mübarizə aparırlar.
Yarışın ilk günündə oğlanlar arasında -50, -55 və -60 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
-50 kq çəkidə final görüşündə iki cüdoçumuz Bahadır Feyzullayev və Nihad Məmişov qarşılaşıb. Nəticədə Bahadır Feyzullayev qızıl medal əldə edib.
-55 kq çəkidə isə Həsən Həsənli bürünc medal qazanıb. Eyni çəkidə digər cüdoçumuz Murad Fətullayev yarışı 5-ci yerdə tamamlayıb.
Xatrladaq ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən bu Avropa kubokunda 27 ölkədən 492 idmançı mübarizə aparır. Turnirə mayın 28-də yekun vurulacaq.
Azərbaycan yarışda 3 çəki dərəsində 7 cüdoçu ilə təmsil olunur. Cüdoçulara yeniyetmələrdən ibarət komandanın məşqçisi Emin İskəndərov rəhbərlik edir.
-50 kq
Bahadır Feyzullayev, Nihad Məmişov
-55 kq
Həsən Həsənli, Murad Fətullayev
-60 kq
Fərid Qasımzadə, Nicat Süleymanov, Ayxan Mirzəzadə


