Monteneqroda böyüklər arasında keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti açıqlanıb.
Arena.az bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında təşkil olunacaq Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində 16 cüdoçu (9 kişi, 7 qadın) təmsil edəcək.
Azərbaycan Avropa çempionatları tarixində ilk dəfə böyüklər arasında qarışıq komanda yarışında da iştirak edəcək. Həmçinin Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyev Paris Olimpiadasından sonra ilk dəfə tatami üzərinə çıxacaqlar.
Yarışda kişi cüdoçulardan Əhməd Yusifov, Turan Bayramov, Ruslan Paşayev, Hidayət Heydərov, Zelim Tçkayev, Ömər Rəcəbli, Zelim Kotsoyev, Uşanqi Kokauri iştirak edəcək. Kişilər arasında 90 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək cüdoçular Dubrovnikdə keçiriləcək Avropa Kubokundan sonra müəyyənləşəcək. Vüsal Qələndərzadə isə 73 kq çəki dərəcəsində qarışıq komanda yarışında heyətə qoşulacaq.
Avropa çempionatına qadın cüdoçulardan Könül Əliyeva, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva, Fidan Əlizadə, Günel Həsənli, Südabə Ağayeva, Nigar Süleymanova qatılacaq.
Milli komandanın üzvləri performans direktoru və böyüklərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdullatif və məşqçi Saşa Herkenrat-Vimarın rəhbərliyi ilə tatamiyə çıxacaqlar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-nə qədər keçiriləcək.
Çempionata qatılacaq heyət:
Kişilər
-60 kq
Əhməd Yusifov
Turan Bayramov
-66 kq
Ruslan Paşayev
-73 kq
Hidayət Heydərov
-81 kq
Zelim Tçkayev
Ömər Rəcəbli
-90 kq
Bu çəki dərəcəsində iştirakçı Dubrovnikdə keçiriləcək Avropa Kubokundan sonra müəyyən ediləcək.
-100 kq
Zelim Kotsoyev
+100 kq
Uşanqi Kokauri
Vüsal Qələndərzadə -73 kq çəki dərəcəsində qarışıq komanda yarışlarında heyətə qoşulacaq.
Qadınlar
-48 kq
Könül Əliyeva
-52 kq
Aydan Vəliyeva
Gültac Məmmədəliyeva
-57 kq
Fidan Əlizadə
-70 kq
Günel Həsənli
Südabə Ağayeva
+78 kq
Nigar Süleymanova


