Cüdo yığmamızın üç üzvü əməliyyat olundu

Cüdo üzrə Azərbaycan millisinin üzvləri Gültac Məmmədəliyeva, Elcan Hacıyev və Yaşar Nəcəfov cərrahi əməliyyat olunublar.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, millimizin üzvləri ölkə xaricindən dəvət edilmiş yüksək səviyyəli ixtisaslaşmış cərrah tərəfindən əməliyyat olunublar. Gültac Məmmədəliyevada sol çiynindəki zədə səbəbindən latarjet əməliyyatı, Yaşar Nəcəfovda labrum yırtığı üçün ankorla artroskopik SLAP lezionunun refiksasiyası və Elcan Hacıyev də akromioklavikulyar oynağın minimal invaziv refiksasiyası və endobutton ilə ön çarpaz bağ rekonstruksiyası əməliyyatları uğurla həyata keçirilib.

Gültac Məmmədəliyevanın 16-20 həftə (təxminən 4-5 ay), Yaşar Nəcəfovun 12 həftə (təxminən 3 ay) və Elcan Hacıyevin 20-24 həftə (təxminən 5-6 ay) sonra məşqlərə qayıtması gözlənilir.

Qeyd edək ki, hər üç tatami ustası ölkəmizi Paris 2024 Yay Olimpiya Oyunlarında təmsil edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: