Cüdo yığmamızın üzvləri AÇ və DÇ-yə Almaniyada hazırlaşır

Cüdo üzrə gənclərdən ibarət Azərbaycan millisinin üzvləri Almaniyada təşkil olunmuş beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər. Arena.az xəbər verir ki, Bremen şəhərində keçirilən təlim-məşq toplanışına martın 27-də start verilib.

Hazırlıq prosesində 21 ölkədən 600-dən çox idmançı iştirak edir. Toplanışa Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandasının 17 üzvü qatılıb. Cüdoçulara gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədov və gənclərdən ibarət millinin məşqçisi Elxan Rəcəbli rəhbərlik edirlər. Hazırlıq prosesinə bu gün – martın 29-da yekun vurulacaq.

Qeyd edək ki, bu təlim-məşq toplanışı sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.

Xəbəri sosial şəbəkələrdə paylaş: