Bu gün Qətərin paytaxtı Doha şəhərində cüdo üzrə böyüklər arasında təşkil olunmuş dünya çempionatının püşkatma mərasimi keçirilib. Arena.az xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan cüdoçularının da ilk rəqibləri məlum olub.
Qeyd edək ki, Azərbaycan yığma komandası mundialda 9 çəki dərəcəsi üzrə 9 kişi və 4 qadın ilə təmsil olunacaq.
Cüdo üzrə dünya çempionatının fərdi yarışları 7-13 may aralığında keçiriləcək. Mundialın komanda yarışları isə 14 mayda baş tutacaq.
Qadınlar
-48 kq
Leyla Əliyeva – Aksoltan Hajaqeldiyeva (Türkmənistan) / Raquel Brito (Portuqaliya) görüşünün qalibi
Könül Əliyeva – Qaliya Tınbayeva (Qazaxıstan)
-52 kq
Gültac Məmmədəliyeva – Sofia Fiora (Argentina) / Cenifer Eriyen (Haiti) görüşünün qalibi
Aydan Əliyeva – Erza Muminovyo (Kosova)
Kişilər
-60 kq
Balabəy Ağayev – Frac Duibi (Tunis)
Turan Bayramov – Yohan Rohas (Kolumbiya)
-66 kq
Orxan Səfərov – Ahmed Abdelrahman (Misir) / Daikli Bouba (Fransa) görüşünün qalibi
-73 kq
Hidayət Heydərov – Adil Osmanov (Moldova) / Martin Hojak (Sloveniya) görüşünün qalibi
-81 kq
Səid Mollayi – Aleks Barto (Slovakiya) / Fransua Qotyer Drapau (Kanada) görüşünün qalibi
-90 kq
Məmmədəli Mehdiyev – Kevin Budayin (Kamerun)
Murad Fətiyev – Aleks Kret (Rumıniya)
-100 kq
Zelim Kotsoyev – Aleksandar Kukolya (Serbiya) / Akobir Abubakri (Tacikistan) görüşünün qalibi
+100 kq
Uşanqi Kokauri – Kodi Andrevs (Yeni Zelandiya)


