Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə böyüklər arasında təşkil olunmuş cüdo üzrə dünya çempionatı davam edir.
Arena.az xəbər verir ki, yarışın üçüncü günündə iki çəkidə mükafatçılar bəlli olub.
Kişilər 81 kq-da, qadınlar isə 63 kq çəkidə mübarizə aparıblar. Azərbaycan millisinin bir üzvü tatamiyə çıxıb.
81 kq-da yarışan Zelim Tçkayev ilk görüşdə Antonio Espozito (İtaliya) ilə qarşılaşıb. Azərbaycan təmsilçisi məğlubiyyətə üzülüb və mübarizəni erkən dayandırıb.
Xatırladaq ki, mundialın ilk iki günündə Azərbaycan millisi hələlik 1 qızıl medal qazanıb. Hidayət Heydərov (73 kq) cüdo millimizin tarixinə ikinci dünya çempionu kimi düşüb.
Azərbaycan yığması bu yarışda bütövlükdə 11 cüdoçu ilə təmsil olunur.


