Dani Alves yenidən “Barselona”da!

İspaniyanın “Barselona” klubunun sabiq müdafiəçisi Dani Alves yenidən Kataloniya təmsilçisinə qayıdıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

Braziliyalı oyunçu Kataloniya təmsilçisinə azad agent kimi keçib. 38 yaşlı müdafiəçi ilə müqavilə mövsümün sonunadək nəzərdə tutulub. 5 il sonra “Barselona”ya qayıdan futbolçu ilə sözləşmənin daha bir il artırılması da nəzərdə tutulub.

Alves gələn həftədən sabiq komandası ilə məşqlərə başlayacaq. Lakin futbolçu yalnız 2022-ci ilin yanvarından rəsmi oyunlarda meydana çıxa biləcək.

Xatırladaq ki, Dani Alves 2008-2016-cı illərdə “Barselona”da oynayıb. O, həmin dövrdə bu komandada 391 matça çıxıb, 21 qola imza atıb. Müdafiəçi karyerası ərzində “Bahia, “Sevilya”, “Yuventus” və PSJ kimi klublarda da forma geyinib. Onun son iş yeri “San Paulo” (Braziliya) olub. Lakin futbolçu maaşını ala bilmədiyi üçün bir müddət əvvəl sözügedən klubla müqaviləsini birtərəfli qaydada ləğv etmişdi. Braziliya yığmasında 119 matça çıxan Dani, 8 qol vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: