Futbol üzrə Danimarka çempionatında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
Arena.az xəbər verir ki, son turda “Nordsyelland”ı 2:0 hesabıyla məğlub edən “Brondbü” ölkə çempionu olub.
Komanda ən yaxın izləyicisi “Midtyulland”i bir xal qabaqlayıb. Belə ki, “Brondbü” 61 xalla birinci olubsa, ikinci yeri tutan “Midtyulland” 60 xal toplayıb. “Kopenhagen” 55 xalla üçüncü yerlə kifayətlənib.
“Brondbü” 16 ildən sonra Danimarka çempionu olub. Bu komanda sonuncu dəfə 2004/05 mövsümündə ölkə çempionu adını qazanmışdı.


