Davit Volkov Premyer Liqada 50-ci qolunu vurdu

“Zirə”nin Gürcüstandan olan hücumçusu Davit Volkov Azərbaycan çempionatlarında (Premyer Liqa) 50-ci qolunu vurub.

Arena.az xəbər verir ki, o, Azərbaycan Premyer Liqasının 2024/2025-ci illər mövsümünün 15-ci turunun “Sumqayıt”la görüşündə (4:1) het-trikə imza atıb.

Volkovun matçdakı son topu yubiley – 50-ci olub. Gürcüstanlı hücumçu buna Premyer Liqadakı 163-cü görüşündə çatıb. Volkov Azərbaycanda üç klubda forma geyinib. O, “Zirə”də 27, “Sabah”da 16, “Qəbələ”də 7 qola imza atıb.

Qeyd edək ki, Davit Azərbaycan çempionatları tarixində 50 və daha çox qol vuran 41-ci futbolçudur.

  1. Nazim Əliyev – 183
  2. Müşfiq Hüseynov – 125
  3. Rövşən Əhmədov – 116
  4. Qurban Qurbanov – 115
  5. Samir Ələkbərov – 115
  6. Alay Bəhramov – 108
  7. Nadir Nəbiyev – 103
  8. Xaqani Məmmədov – 102
  9. Vadim Vasilyev – 102
  10. Kənan Kərimov – 101
  11. Musa Qurbanov – 94
  12. Fazil Pərvərov – 89
  13. Samir Musayev – 88
  14. Fərrux İsmayılov – 85
  15. İmamyar Süleymanov – 85
  16. Samir Əliyev – 84
  17. İsmayıl Məmmədov – 76
  18. İlham Məmmədov – 74
  19. Azər İsayev – 73
  20. Paşa Əliyev – 72
  21. Badri Kvaratsxeliya – 71
  22. Zaur Ramazanov – 70
  23. Yunis Hüseynov – 66
  24. Vidadi Rzayev – 65
  25. Mahir Əliyev – 65
  26. Rauf Əliyev – 63
  27. Mahmud Qurbanov – 61
  28. Ramiz Məmmədov – 61
  29. Georgi Adamiya – 61
  30. Mahir Emreli – 59
  31. Filip Ozobiç – 59
  32. Rəşad Abdullayev – 58
  33. Vaqif Cavadov – 53
  34. Amil Yunanov – 52
  35. Həsən Abdullayev – 51
  36. Riçard Almeyda – 51
  37. Vüqar Qəmbərov – 50
  38. Mehman Baxışov – 50
  39. Yalçın Bağırov – 50
  40. Viktor İqbekoyi – 50
  41. Davit Volkov – 50