DÇ-2022: Argentinadan darmadağın, Braziliyadan xal itkisi

Futbol üzrə DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin 11-ci turunun oyunları keçirilib. Arena.az xəbər verir ki, turun ilk matçında Boliviya millisi Peruyla qarşılaşıb. Görüş Boliviyanın minimal hesablı qələbəsiylə başa çatıb.

Çili yığması Paraqvayı, Venesuela isə Ekvadoru məğlub yola salıb.

Turnir cədvəlinin lideri Braziliya yığması bu turda Kolumbiyanın müqavimətini qıra bilməyib. Bu qarşılaşma qolsuz yekunlaşıb.

Turun mərkəzi görüşündə Argentina millisi Uruqvayı 3 cavabsız qolla məğlub edib.

DÇ-2022-nin seçmə mərhələsi
11-ci tur
11 oktyabr

Boliviya – Peru 1:0
Qol: Ramiro Vaka, 82.

Venesuela – Ekvador 2:1
Qol: Darvin Maçis, 45+1. Eduardo Belyo, 64 – Enner Valensiya, 37-pen.

Kolumbiya – Braziliya 0:0

Argentina – Uruqvay 3:0
Qol: Lionel Messi, 38. Rodriqo De Paul, 44. Lautaro Martines, 62.

Çili – Paraqvay 2:0
Qol: Ben Brereton, 68. Maurisio İsla, 72.

Xal durumu: Braziliya – 28, Argentina – 22, Ekvador – 16, Uruqvay – 16, Kolumbiya – 15, Paraqvay – 12, Peru – 11, Çili – 10, Venesuela – 9, Boliviya – 7.