DÇ-2026: Argentina 6, Braziliya 4 cavabsız qola sevindi

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 10-cu turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni günə təsadüf edib.

Dünya çempionatının və Amerika Kubokunun sonuncu qalibi Argentina yığması doğma meydanda Boliviyanı 6 cavabsız qolla məğlub edib.

Beşqat dünya çempionu Braziliya isə Peru ilə ev oyununda 4 cavabsız qolla qalib gəlib.

Uruqvay – Ekvador matçında qapılara qol vurulmayıb. Kolumbiya Çilini, Paraqvay da Venesuelanı məğlub yola salıb.

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
9-cu tur
15 oktyabr

Kolumbiya – Çili 4:0
Qollar: D.Sançes, 34. L.Dias, 52. C.Duran, 82. L.Sinisterra, 90+3.

Paraqvay – Venesuela 2:1
Qollar: A.Sanabriya, 59; 74 – C.Aramburu, 25.

Uruqvay – Ekvador 0:0

Argentina – Boliviya 6:0
Qol: L.Messi, 19; 84; 86. L.Martines, 43. X.Alvares, 45+3. T.Almada, 69.

Braziliya – Peru 4:0
Qollar: Rafinya, 38-pen; 54-pen. A.Pereyra, 71. L.Henrike, 74.

Xal: Argentina – 22. Kolumbiya – 19. Uruqvay – 16. Braziliya – 16. Ekvador – 13. Paraqvay – 13. Boliviya – 12. Venesuela – 11. Peru – 6. Çili – 5.