DÇ-2026: Argentina da uduzdu, Braziliya da – Video

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) Cənubi Amerika üzrə seçmə mərhələsində 8-ci turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, turun bütün qarşılaşmaları eyni gündə baş tutub.

Dünya çempionatının və Amerika Kubokunun sonuncu qalibi Argentina yığması səfərdə Kolumbiyaya məğlub olub. Paraqvayın qonağı olan beşqat dünya çempionu Braziliya da bu turu məğlubiyyətlə başa vurub.

Venesuela – Uruqvay matçında qapılara qol vurulmayıb. Ekvador doğma meydanda Perunu minimal fərqlə üstələyib. Üç qolun qeydə alındığı Çili – Boliviya matçında isə qonaqlar qələbə qazanıblar.

2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika üzrə seçmə mərhələsində 10 komanda iştirak edir. Birinci və altıncı yerləri tutacaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaq. Turnir 2025-ci ilin sentyabrında başa çatacaq. Yeddinci yerdə olan komanda qitələrarası pley-offda çıxış edəcək. Burada həmçinin KONKAKAF zonasından iki, Asiya, Afrika və Okeaniyadan isə bir komanda iştirak edəcək. Onlar dünya çempionatına son iki vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

Dünya çempionatı 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək. Tarixdə ilk dəfə olaraq DÇ-də 48 komanda çıxış edəcək.

DÇ-2026-nın seçmə mərhələsi
8-ci tur
10 sentyabr

Kolumbiya – Argentina 2:1
Qollar: Moskera, 25. X.Rodriqes, 60 – N.Qonsales, 48.

Çili – Boliviya 1:2
Qollar: Eduardo Varqas, 39 – Alqranas, 13. Migelito, 45+1.

Ekvador – Peru 1:0
Qol: Valensiya, 54.

Venesuela – Uruqvay 0:0

Paraqvay – Braziliya 1:0
Qol: D.Qomes, 20.

Xal: Argentina – 18. Kolumbiya – 16. Uruqvay – 15. Ekvador – 11. Braziliya – 10. Venesuela – 10. Paraqvay – 9. Boliviya – 9. Çili – 5. Peru – 3.