Dünya çempionatının (DÇ-2026) qalibi olan İspaniya millisinin futbolçuları qazandıqları mükafatın təxminən 30 faizini vergi kimi ödəyəcəklər.
Arena.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, adətən FIFA turnirə ev sahibliyi edən ölkələrlə milli federasiyaların vergi ödənişindən azad edilməsi barədə razılığa gəlir. Lakin ABŞ hakimiyyəti İspaniya millisinin futbolçularını vahid komanda kimi deyil, ölkə ərazisində gəlir əldə etmiş ayrı-ayrı vergiödəyicilər kimi qiymətləndirib.
Nəticədə futbolçuların ümumi vergi öhdəliyi 15 milyon ABŞ dolları təşkil edəcək.
Qeyd edək ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilib. İspaniya millisi finalda Argentinanı əlavə vaxtda vurulan qolla 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.


