DÇ: Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının Birləşmiş Ərəb Əmirliklərində böyüklər arasında keçiriləcək dünya çempionatında ilk rəqibləri müəyyənləşib.

Arena.az xəbər verir ki, bu gün paytaxt Əbu-Dabi şəhərində mundialın püşkatma mərasimi təşkil olunub.

Püşk nəticəsində Azərbaycan cüdoçularınının da ilk rəqibləri bəlli olub:

Qadınlar

48 kq
Leyla Əliyeva – Kristina Dudina (Fərdi Neytral İdmançılar)

57 kq
Acelya Toprak – Bayit Kussakbayeva (Qazaxıstan)

Kişilər

60 kq
Balabəy Ağayev – Muhammadsoleh Quvatov (Tacikistan)/Miçel Avqusto (Braziliya) görüşünün qalibi
Turan Bayramov – Ariunbold Enxtayvan (Monqolustan)

66 kq
Yaşar Nəcəfov – Vilcar Lipard (Estoniya)/Baul An (Cənubi Koreya) görüşünün qalibi
Kamran Süleymanov – Mohamed Abdelmavqoud (Misir)

73 kq
Hidayət Heydərov – Akil Qyakova (Kosovo)/Faye Ncye (Qambiya) görüşünün qalibi

81 kq
Zelim Tçkayev – Antonio Espozito (İtaliya)

90 kq
Elcan Hacıyev – Eduard Trippel (Almaniya)
Vüqar Talıbov – Con Cayne (ABŞ)

100 kq
Zelim Kotsoyev – Pyotr Kukzera (Polşa)/Yonqhon Von (Cənubi Koreya) görüşünün qalibi

Qeyd edək ki, Azərbaycan millisi mundialda 8 çəki dərəsində 9 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq. Çempionatda fərdi yarışlar mayın 19-23-ü aralığında baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: