DÇ: Cüdo yığmamızın 18 üzvü üçün Zaqreb sınağı

Azərbaycanın cüdo üzrə yeniyetmə oğlan və qızlardan ibarət milli komandalarının qarşıdakı dünya çempionatına hazırlığı başa çatıb.

Arena.az xəbər verir ki, 23-27 avqustda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək yarışda Azərbaycan 12 çəki dərəsində 13 oğlan və 5 qız cüdoçu ilə təmsil olunacaq.

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidentin müşaviri Natiq Bağırov və baş katib Rəşad Rəsullu bu gün yığmaların təlim-məşq toplanışlarını ziyarət edərək onların hazırlığı ilə maraqlanıblar. Onlar yeniyetmə cüdoçularımıza yarışda müvəffəqiyyətlər arzu ediblər.

Qeyd ki, yeniyetmə oğlanlardan və qızlardan ibarət milli dünya çempionatına hazırlıq məqsədilə avqustun 5-dən 16-na qədər Bakıda keçirilən təlim-məşq toplanışına qatılıblar.

Dünya çempionatında cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət komandanın məşqçiləri Nicat Şıxəlizadə və Emin İsgəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və qadınlardan ibarət yığmanın məşqçisi Kifayət Qasımova rəhbərlik edəcəklər.

Qeyd edək ki, idmançılar 23-26 avqust aralığında dünya çempionatının fərdi yarışlarında iştirak edəcəklər. 27 avqustda isə komanda yarışları baş tutacaq.

Azərbaycan millisinin dünya çempionatına qatılacaq heyəti belədir:

Qızlar

-40 kq
Nigar Məmişova

-44 kq
Məryəm Bayramzadə

-48 kq
Vüsalə Hacıyeva

-52 kq
Xədicə Qədəşova

-63 kq
Kamilla Toholiyeva

Oğlanlar

-50 kq
Məhəmməd Məmişov
Nihad Məmişov

-55 kq
Ayxan Mirzəzadə
Mirxaliq İskəndərov

-60 kq
Məhəmməd Musayev

-66 kq
Əbil Yusubov
Cəsur İbadlı

-73 kq
Süleyman Şükürov

-90 kq
Aslan Kotsoyev

+90 kq
Ramazan Əhmədov

Mehdi Abbasov, Rəsul Səmədli və Ümüd Qurbanov komanda yarışında mübarizəyə qoşulacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: