Del Pyero: “Artıq mənə “Cənab” deyə müraciət edə bilərsiniz”

“Yuventus”un əfsanəsi, italyan keçmiş hücumçu Alessandro Del Pyero məşqçilik lisenziyası alıb və bu münasibətlə fikrini açıqlayıb.

Arena.az məlumat verir ki, 50 yaşlı mütəxəssis bu barədə özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb:

“Bu gündən etibarən mənə “Cənab” deyə müraciət edə bilərsiniz. Mən İtaliya Futbol Federasiyasına (FIGC) və məni bu istiqamətdə müşayiət etmiş bütün müəllimlərimə, həmçinin mənimlə əməkdaşlıq etmiş və bu vacib təhsil yolunda mənimlə bölüşmüş bütün insanlara minnətdaram.

Həmçinin bu təhsil illərində mənə dəstək göstərmiş övladlarıma və arvadıma xüsusi minnətdarlığımı ifadə edirəm. Onların bu gün Florenisiyada mənə edtikləri bu xoş gözlənilməzlik – mənim peşəkar və insani təcrübəmin vacib hissəsini, eləcə də mənim futbol baxışlarını və məşqçi rolumu ehtiva edən dissertasiyamın müzakirəsinə gəlmələri üçün də onlara minnərdaram”, deyə Del Pyero fərəhlə vurğulayıb.

Xatırladaq ki, Alessandro 19 il (1993-2012) “Yuventus”da çıxış edib və uzun müddət komandanın kapitanı olub. O, “Padova”, “Sidney” və “Delhi Dinamos” kimi klublarda da forma geyinib. 1995-2008-ci illərdə İtaliya yığmasında da oynamış əfsanəvi hücumçu 91 oyunda 27 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: