“Yuventus”un və İtaliya yığmasının sabiq hücumçusu Alessandro Del Pyero İtaliya futbolunun bugünkü vəziyyəti ilə bağlı fikirlərini paylaşıb.
Arena.az “Corriere della Sera” dərgisinə istinadən Del Pyeronun bu barədə fikirlərini təqdim edir:
“İtaliyada futbol darıxdırıcı olub, çünki səviyyə keçmişlə müqayisədə aşağı düşüb. Əvvəllər burada Avropanın ən güclü futbolçuları oynayırdısa, indi onlar İngiltərə Premyer Liqasına, Almaniyaya, hətta Fransaya da gedirlər.
Təəssüf ki, bu gün biz dərhal nəticələr tələb edən getdikcə daha sürətlə inkişaf edən bir cəmiyyətdə yaşayırıq. Amma hamıya xatırlatmaq istəyirəm ki, üzüm ildə bir dəfə yetişir. Biz oğlanlardan gözləntilərimizə çox səy edirik və onlar bunu hiss edirlər. Siz onlardan həmişə qalib gəlmələrini, uğur qazanmalarını və rəqabətədavamlı olmalarını istəyirsiniz. Bununla belə, idmanda həyat vaxtından zövq almaq lazımdır, nəinki onu boşa sərf etmək”, – deyə Alessandro bildirib.
Xatırladaq ki, Alessandro Del Pyero 19 il (1993-2012) “Yuventus”da çıxış edib və uzun müddət komandanın kapitanı olub.


