Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya Kral Kubokunun evdə “Barselona” ilə qarşıdakı cavab oyunu haqda danışıb.
Arena.az “Marca” nəşrinə istinadən, argentinalı mütəxəssisin müvafiq qənaətini təqdim edir:
“Mən kluba gələndən bəri, azarkeşlər özlərini hər il eyni cür aparıblar. Onlar oyunlar boyu oxuyublar, bizə inanılmaz güc-qüvvə bəxş ediblər, stadionun gücü komandaya kömək edir. Amma sabah (artıq bu gün – redaktorun qeydi) fnal yox, yarımfinaldır, hansındakı biz finalda oynamaq hüququ əldə edə bilərik. Bu, möhəşəm oynayan rəqibə qarşı bir oyundur.
Mənim üçün mövsüm çox yaxşı alınır, biz İspaniya Kral Kubokunun yarımfinalındayıq. Oyundan oyuna keçdikdə isə biz mövsümün qeyri-adi, yaxşı və ya adi olduğunu bilirik”, deyə Dieqo Simeone vurğulayıb.
“Atletiko” – “Barselona” oyunu bu gün, aprelin 2-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:30-da başladacaq.
Xatırladaq ki, Barselonada komandalar arasındakı ilk oyun 4:4 hesablı heç-heçə ilə başa çatıb.


