Dik Advokat Kurasao millisində qaldı – Rəsmi

Niderlandlı mütəxəssis Dik Advokat Kurasao millisinin baş məşqçisi kimi fəaliyyətini 2027-ci ilin yayına qədər davam etdirəcək.

Arena.az xəbər verir ki, 78 yaşlı mütəxəssislə yeni müqavilə imzalanıb.

Bu barədə Kurasao Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, tərəflər arasındakı yeni razılaşmanın müddəti 31 iyul 2027-ci ilə qədərdir.

Xatırladaq ki, Dik Advokat 2024-cü ildən Kurasao millisinə rəhbərlik edir. Onun başçılığı altında komanda tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Kurasao milli komandası bu il ABŞ, Meksika və Kaandada keçirilmiş futbol üzrə dünya çempionatında (DÇ-2026) E qrupunda Almaniya, Kot-d’İvuar və Ekvador yığmaları ilə mübarizə aparıb. Sözügedən komanda qrupda dördüncü yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: