Elbrus Kərimli Avropa birinciliyinə qələbə ilə başladı

Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində təşkil olunmuş Avropa birinciliyinə qələbə ilə başlayıb.

Arena.az xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan idmançı Françesko Krukillanı (İtaliya) məğlub edib.

O, 1/16 final çərçivəsində baş tutan döyüşdə 3:2 (29:28, 29:28, 28:29, 29:28, 28:29) hesabı ilə qalib gəlib. Kərimli ikinci qarşılaşmasında şotlandiyalı Yakub Naismitlə üz-üzə gələcək.

Xatırladaq ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin dördüncü günündə Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq. Komandamız bu yarışa 19 boksçu ilə yollanıb.

Oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında bu idmançılarımıza şans verilib:

Bilalhəbəşi Nəzərov (46 kq)
Zidan Hümbətov (48 kq)
Sübhan Babayev (50 kq)
Eldar Abdullazadə (52 kq)
Elbrus Kərimli (54 kq)
Orucəli Cavadzadə (57 kq)
İbrahim Mirhəsən (60 kq)
Kənan Aslanlı (63 kq)
Abbasqulu Şadlinski (66 kq)
Əli Məmişov (70 kq)
Mircəlal Mirağayev (75 kq)
Hüseyn Hüseynli (80 kq)
İlkin Məmmədli (+80 kq)

Qız boksçulardan ibarət komandamız isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında yollanıb:

Banuçiçək Nəsirli (46 kq)
Cəmilə Sultanlı (48 kq)
İnci Məcidli (50 kq)
Mələk Hümbətova (57 kq)
Özləm Həsənova (63 kq)
İlkanə Əhmədovaya (+80 kq)

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də var.

Boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: