Elcan Hacıyev Odivelasda bürünc medal qazandı

Azərbaycan cüdoçusu Elcan Hacıyev Portuqaliyanın Odivelas şəhərində təşkil olunmuş qran-pridə bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, Odivelas qran-prisində bu gün sonuncu yarış gününün qalibləri müəyyənləşib.

Sonuncu yarış günündə Azərbaycan millisinin 3 cüdoçusu mübarizə aparıb. Onlardan yalnız biri mükafatçılar sırasına düşüb.

-90 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Elcan Hacıyev bürünc medal əldə edib. O, üçüncü yer uğrunda mübarizədə israilli idmançı Quy Qurevitçə qalib gəlib.

Bu gün tatamiyə çıxan digər cüdoçularımız – Vüqar Talıbov (-90 kq) və Uşanqi Kokauri (+100 kq) isə mükafat qazana bilməyiblər.

Xatırladaq ki, daha əvvəl Turan Bayramov (60 kq), Kamran Süleymanov (66 kq), Səid Mollayi (81 kq) bürünc, Yaşar Nəcəfov (66 kq) gümüş medal qazanmışdılar.

Azərbaycan yığması Odivelasdakı qran-priyə bütövlükdə 16 cüdoçu ilə yollanmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: