Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Eldəniz Əzizli Slovakiyada keçirilən Avropa çempionatında finala yüksəlib.
Arena.az xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunmuş Avropa çempionatı davam edir.
Yarışın 5-ci günündə yunan-Roma güləşçiləri mübarizəyə start veriblər. Bu gün Azərbaycan millisinin də 5 “klassik”i xalça üzərinə çıxıb.
Avropa çempionatı
Yunan-Roma güləşi
11 aprel
55 kq
Eldəniz Əzizli çempionata 1/4 finaldan başlayıb. O, gürcüstanlı Vaxtanq Loluaya tam üstünlüklə (9:0) qalib gələrək yarımfinala yüksəlib. Eldəniz Manvel Xaçataryana 5:1 hesabı ilə qalib gələrək, finala yüksəlib.
63 kq
Murad Məmmədov 1/8 finalda Qleb Makarankaya (UWW) 6:1 hesabı ilə qalib gəlib. 1/4 finalda xorvatiyalı İvan Lizatoviçi tam üstünlüklə (9:0) məğlub edən güləşçimiz yarımfinala adlayıb. O, finala gedən yolda türkiyəli həmkarı Kerem Kamala 4:5 hesabı ilə uduzub.
77 kq
Sənan Süleymanov 1/8 finalda türkiyəli Ahmet Yılmaza 1:2 hesabı ilə uduzub.
87 kq
İslam Abbasov 1/16 finalda Şimon Şimonoviçə (Polşa) 4:0, 1/8 finalda niderlandlı Marsel Sterkenburqa 4:1 hesabı ilə qalib gəlib. Ardınca norveçli Eksos Mukubuya 3:1 hesabıyla qalib gələn “klassik”imiz yarımfinala yüksəlib. İslam bu mərhələdə uğurlu çıxışını davam etdirə bilməyib. O, Semen Novikova (Bolqarıstan) 3:5 hesabı ilə uduzub.
130 kq
Beka Kandelaki 1/8 finalda Mixailo Vışnyetskini (Ukrayna) “tuş”la məğlub edib. İdmançımız 1/4 finalda türkiyəli Hamza Bakıra 0:2 hesabı ilə məğlub olub.


