Eldar Zülfüqarov AÇ-nin oyunlarını idarə edəcək

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov kişi voleybolçular arasında keçiriləcək Avropa çempionatına təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, B qrupunun qarşılaşmalarını idarə edəcək.

B qrupunda Bolqarıstan, Xorvatiya, Finlandiya, Sloveniya, İspaniya və Ukrayna yığma komandaları yer alıblar.

Bolqarıstanın ev sahibliyi edəcəyi bu qrupda mübarizə bu gün – avqustun 29-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: