Eldar Zülfüqarov Avropa çempionatına təyinat aldı

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Eldar Zülfüqarov qadın voleybolçular arasında keçiriləcək Avropa çempionatına təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən, D qrupunun qarşılaşmalarını idarə edəcək.

D qrupunda Estoniya ilə yanaşı, Finlandiya, Fransa, Slovakiya, İspaniya və Niderland yığmaları da yer alıblar.

Estoniyanın ev sahibliyi edəcəyi bu qrupda mübarizə avqustun 16-da başlayacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: