Eldar Zülfüqarov ÇL matçına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Eldar Zülfüqarov kişi voleybolçular arasında Çempionlar Liqasının oyununa təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Eldar Zülfüqarov A qrupunda yer alan “Ziraat Bank Ankara” (Türkiyə) və “Qrupa Azoti” (Polşa) komandalarının matçında birinci hakim olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma bu gün Türkiyədə keçiriləcək. Oyuna Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: