Futbol üzrə Azərbaycan milli komandasının dayaq yarımmüdafiəçisi, “Sabah”ın kapitanı Elvin Camalov ailə həyatı qurub.
Arena.az xəbər verir ki, bu barədə futbolçunun formasını geyindiyi paytaxt klubu sosial şəbəkə hesabında paylaşım edib.
“Sabah” bu münasibətlə 29 yaşlı yarımmüdafiəçini təbrik edib, ona xoşbəxt ailə həyatı arzulayıb. Təcrübəli oyunçunun xoş günündə onun komanda yoldaşları, klub rəsmiləri və futbol ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.
Xatırladaq ki, Elvin Camalov 2021-ci ilin iyul ayından “Sabah”da çıxış edir. O, “bayquşlar”ın heyətində 85 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə müəllifi olub. Daha öncə “Qəbələ” və “Zirə”də də oynamış yarımmüdafiəçi, 2019-cu ilin noyabr ayında debüt etdiyi Azərbaycan millisinin heyətində 14 oyun keçirib.