Emin Mahmudov: “Evə əliboş qayıtmayaq üçün əlimizdən gələni edəcəyik”

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Emin Mahmudov DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiyaya qarşı keçiriləcək oyunla bağlı fikirlərini bölüşüb.

Arena.az xəbər verir ki, “Neftçi”nin futbolçusu bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Lüksemburqla oyunda məğlub olmağımız xoş deyildi. Sabahkı oyunda nəticə qazanmaq lazımdır. Əlimizdən gələni edəcəyik ki, evə əliboş qayıtmayaq. Hamı bizdən yaxşı oyun, yaxşı nəticə gözləyir”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: