Fransa yığmasının sabiq futbolçusu, 1998-ci il dünya çempionu Emmanuel Peti PSJ-nin hazırkı sahibləri ilə inkişaf istiqamətini tənqid edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən Petinin bu barədə fikirlərini təqdim edir:
“Obyektiv olmağa çalışın. Bəziləri deyir ki, inkişaf istiqamətini dəyişmək vaxt tələb edir, amma qətərlilərin kluba gəlişindən 10 il keçib. Bir şey qurmaq üçün daha nə qədər vaxt lazımdır ki? Nə istədiyinizi bilməlisiniz.
Böyük və ya kiçik klublarla rəqabət aparmaq istəyirsiniz? Yay transfer pəncərəsinə 300 milyon avrodan çox sərmayə qoydular və siz mənə daha iki il lazım olduğunu söyləməyə çalışırsınız. Bəs 10 il, bu sizin üçün yaxşıdır? Özünüzü “Mançester Siti” ilə müqayisə edə bilməzsiniz, çünki Qvardiolanın gəlişi ilə onlar ildən-ilə irəliləyirlər”, deyə Emmanuel Peti klub rəhbərliyin tənqid atəşinə tutub.
Xatırladaq ki, PSJ hazırda 13 turdan 30 xalla Fransa Liqa 1-də liderdir. Fransa nəhəngi UEFA Çempionlar Liqasında da mübarizəni davam etdirir. Parislilər 4 turdan sonra 6 xalla “F” qrupunda 2-ci pillədə qərarlaşıblar.


