Erik ten Haq: “Biz Harri Maquayra hörmət bəsləyirik”

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq müdafiəçi Harri Maquayrın komandası üçün rolu və əhəmiyyətindən danışıb.

Arena.az “Mançester Yunayted”in rəsmi saytına istinadən Ten Haqın bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Biz Harri Maquayra hörmət bəsləyirik – o, bu oyunçular heyəti, bütövlükdə bu komanda üçün çox vacibdir. Bilirsiniz, onun mövqeyində artıq dörd mərkəz müdafiəçimiz var və onlardan biri də odur.

Biz heyətin sabitliyi və sıxlığı haqqında danışdıq və başa düşürük ki, bütün mövsümü eyni on bir oyunçu ilə davam etdirə bilməyəcəyik, bu səbəbdən də dörd çox güclü mərkəz müdafiəçimizin olmasına çox şadam”, deyə Ten Haq bildirib.

Xatırladaq ki, bundan əvvəl komandanın baş məşqçisi Erik ten Haqın qərarı ilə Harri Maquayr kapitan sarğısından məhrum edilmişdi. Elə, bu əsnada ingilis mərkəz müdafiəçisinin cari yay transfer pəncərəsində “qırmızı şeytanlar”ın düşərgəsini tərk edəcəyi ilə bağlı şayiələr də baş qaldırıb.

Maquayr “Vest Hem” və “Çelsi”nin maraq dairəsindədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: