Əvəzedicilər Liqasında 5-ci turun oyun cədvəli açıqlandı

Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən Əvəzedicilər Liqasında 5-ci turun oyun cədvəli müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) rəsmi saytı vasitəsilə məlumat yayıb.

Xəbərdə vurğulanır ki, 5-ci turun görüşləri üç günü əhatə edəcək. Oktyabrın 10-da üç oyun keçiriləcək. Oktyabrın 11-də iki, 12-də isə bir görüşün keçirilməsi nəzərdə tutulub.

Əvəzedicilər Liqası
5-ci tur

10 oktyabr

“İmişli-2” – “Neftçi-2”
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Kəpəz-2” – “Qəbələ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.

“Araz-Naxçıvan-2” – “Turan Tovuz-2”
Binə qəsəbə stadionu, 15:30.

11 oktyabr

“Sumqayıt-2” – “Şamaxı-2”
“Sumqayıt Arena” (ehtiyat meydança), 15:00.

“Zirə-2” – “Qarabağ-2”
Binə qəsəbə stadionu, 15:30.

12 oktyabr

“Şəfa-2” – “Sabah-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: