Fərid Nəbiyev oynadı, “Viktoriya” səfərdə tək qolla uduzdu

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 29-cu tur çərçivəsində səfərdə “Mas Taborsko” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1. Fərid Nəbiyev bu görüşün 76-cı dəqiqəsində meydana buraxılıb.

“Viktoriya” 29 turdan sonra 15 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: