Fabiano Karuana Nicat Abbasova rəqib oldu

Azərbaycan şahmatçısı Nicat Abbasov Bakıda təşkil olunan Dünya Kubokunda 3-cü yer uğrunda oyunda Fabiano Karuana ilə mübarizə aparacaq.

Arena.az xəbər verir ki, 28 yaşlı qrosmeysterimizin bu turnirdəki sonuncu rəqibi məhz ABŞ təmsilçisi olacaq. Üçüncü yer uğrunda oyunlar avqustun 22-24-də baş tutacaq. Qalib tərəf Dünya Kubokunu bürünc medalla, məğlub olan isə dördüncü yerdə başa vuracaq.

Xatırladaq ki, Nicat Abbasov Dünya Kubokunun yarımfinalında beşqat dünya çempionu, Norveç şahmatçısı Maqnus Karlsenə 0,5:1,5 hesabı ilə uduzmuşdu.

Fabiano Karuana isə yarımfinalda Rameşbabu Praqqnanandxaya (Hindistan) məğlub olub – 2,5:3,5.

Hindistan təmsilçisi isə finalda norveçli Maqnus Karlsenlə qarşılaşacaq. Həlledici görüşlər də avqustun 22-24-də baş tutacaq.

Sayca 10-cu dəfə təşkil olunmuş Dünya Kubokunun ümumi mükafat fondu 2,5 milyon ABŞ dollarıdır. Kişilərin yarışında ilk üç yeri tutacaq şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanacaqlar.

Dünya Kuboku səkkiz illik fasilədən sonra ikinci dəfə Bakıda təşkil olunub. İlk dəfə mötəbər yarış 2015-ci ildə Azərbaycanda keçirilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: