Fabinyo “Liverpul”dan ayrılır

Braziliyalı dayaq yarımmüdafiəçisi Fabinyo “Liverpul”dan ayrılmağa yaxındır. Arena.az bu barədə “The Athletic”ə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Fabinyo “Liverpul”un Almaniyadakı toplanışını buraxacaq. Eyni zamanda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu braziliyalı yarımmüdafiəçi üçün “Liverpul”a 40 milyon funt-sterlinq təklif edib.

Müqavilə baş tutsa, “Liverpul” yeni dayaq yarımmüdafiəçisinin axtarışlarına baş vuracaq. Bununla yanaşı, digər ərəb klubu “Əl-İttifaq”ın maraq dairəsində olan “qırmızılar”ın kapitanı Cordan Hendersonun hələlik “Liverpul”da qalacağı bildirilir. Hendersonun gələcəyi ilə bağlı qərar daha sonra veriləcək.

“Foot Mercato”nun jurnalisti Santi Auna bildirib ki, 29 yaşlı Fabinyo “Əl-İttihad”la 3 illik müqavilə imzalayıb.

Fabinyo “Liverpul”a 2018-ci ildə keçib və “qırmızılar”ın heyətində ümumilikdə 219 qoyuna çıxıb, 11 qol vurub, 10 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı Fabinyonu 42 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: