Fatih Terim “Qarabağ”la bağlı paylaşım etdi

“Qarabağ”ın dəvəti ilə Azərbaycanda səfərdə olmuş türkiyəli tanınmış mütəxəssis Fatih Terim Ağdam klubuna təşəkkür edib.

Arena.az xəbər verir ki, Türkiyə millisinin sabiq çalışdırıcısı bu barədə “İnstagram hesabında paylaşım edib:

O, paylaşımında “Mehriban dəvətinə görə “Qarabağ” klubuna təşəkkür edirəm. Komandaya uğurlu mövsüm arzulayıram” sözlərini qeyd edib.

Xatırladaq ki, Fatih Terim Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində “Qarabağ”ın təşəbbüsü ilə təşkil olunan futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak etmək üçün Bakıya səfər etmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: