FIFA prezidenti isveçli azarkeşlərin öldürülməsindən danışdı

FIFA prezidenti Canni İnfantino ötən gün güllələnərək öldürülmüş iki isveçli azarkeşin ailələrinə və dostlarına dəstək olduğunu bildirib.

Arena.az məlumat verir ki, İnfantino bu barədə özünün sosial şəbəkə hesabı üzərindən çıxış edib:

“AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçikanın İsveçi qəbul etdiyi stadionun yaxınlığında Brüsseldə iki isveçlinin faciəvi şəkildə həlak olması məni dərindən sarsıtdı və kədərləndi. FIFA və futbol ictimaiyyəti adından həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz Belçika və İsveç xalqına, onların milli komandalarına və federasiyalarına yönəlib”, – FIFA prezidenti yazıb.

Xatırladaq ki, dünən, oktyabrın 16-da Brüsseldə Avropa çempionatının seçmə mərhələsinin Belçika – İsveç oyunu öncəsi iki isveçli azarkeş güllələnib. Birinci hissədən sonra oyun dayandırılıb və davam etdirilməyib. Fasiləyə qədər komandalar qol mübadiləsinə macal tapıblar – 1:1.

Xəbəri sosial şəbəkələrdə paylaş: