Futbol üzrə İtaliya milli komandasının sabiq hücumçusu, son olaraq “Breşiya”nın baş məşqçisi postunda çalışmış Filippo İnzaqi özünə yeni iş yeri tapıb. Arena.az xəbər verir ki, 48 yaşlı mütəxəssis bundan sonra İtaliya B Seriyasında mübarizə aparan “Recina”nı çalışdıracaq.
Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasında 3 illik müqavilə imzalanıb.
Filippo İnzaqi 2012-ci ildən, futbolçu karyerasını bitirən kimi məşqçiliyə başlayıb. O, daha öncə “Milan”ın aşağı yaş qrupları üzrə komandalarını, daha sonra əsas komandanı çalışdırıb. Sonralar “Venesiya”, “Bolonya”, “Benevento”ya da rəhbərlik edən italiyalı məşqçi, geridə qalan mövsümdə “Breşiya”nın baş məşqçisi olub.


