Azərbaycanlı hakim Fuad Ağayev Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə etimada layiq görülüb. Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev kişi voleybolçular arasında Çağırış Kubokunun final qarşılaşmasına təyinat alıb. Təcrübəli mütəxəssis İsrailin “Makkabi” (Təl-Əviv) və Yunanıstanın “Olimpiakos” komandaları arasında keçiriləcək ilk final matçında ikinci hakim kimi meydana çıxacaq. Görüşün əsas hakimi isə italiyalı Armando Simbari olacaq.
Xatırladaq ki, “Makkabi” ilə “Olimpiakos” arasındakı ilk oyun bu gün İsraildə baş tutacaq.


