Azərbaycanın beynəlxalq dərəcəli hakimləri – Fuad Ağayev və Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından (CEV) növbəti təyinat alıblar.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Zaur Hacıyev qadın voleybolçular arasında Çağırış Kubokunda 1/4 final mərhələsinin matçında iş başında olacaq. O, Türkiyənin “Nilüfər Bələdiyə Bursa” və Rumıniyanın “Luqoy” klublarının qarşılaşmasında ikinci hakim olacaq. İlk görüşdə qonşu ölkə təmsilçisi səfərdə qələbə qazanıb – 3:1.
Digər beynəlxalq dərəcəli hakimimiz Fuad Ağayev isə CEV kubokunda pley-off mərhələsinin oyununu idarə edəcək. O, kişi voleybolçulardan ibarət Türkiyənin “Fənərbaxça” və Ukraynanın “Prometey” klublarının cavab matçında ikinci hakim funksiyasını yerinə yetirəcək. İlk görüş Ukrayna klubunun qələbə ilə yekunlaşıb – 3:1.
Qeyd edək ki, hər iki oyun bu gün baş tutacaq.


