Lixtenşteyn yığmasının baş məşqçisi Konrad Fünfştük UEFA Millətlər Liqasında Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşündə qapılara qol vurulmayıb.
Konrad Fünfştük matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Birinci dəfədir Azərbaycandayam. Burada olmaqdan şadam. Azərbaycan mədəniyyəti ilə tanış olduq. 40 min əhalisi olan ölkə üçün oyundan öncə favorit rəqibimiz idi. Amma bu oyuna yaxşı hazırlaşmışdıq. Azərbaycan millisinin 20 milyon dəyəri var. Bu gün bu nəticəni əldə etməyimiz bizi sevindirdi. Ona görə də bu nəticə bizi sevindirdi. Biz hər xala sevinirik. Bizim çox qol şanslarımız oldu. Amma biz yenə də özümzü inkişaf etdirməli, daha yaxşı olmalıyıq. Hər oyunda inkişaf edirik. Bu gün də 2-3 qol şansımız oldu ki, qalib gələk. Təəssüf ki, alınmadı. Qarşıdakı oyunlara baxacağıq.
Bəli, doğrudur, biz peşəkar komanda deyilik. Hər bir komanda kimi planımız var. Amma Lixtenşteyn komandasının oyunçularının çox az hissəsi futbol maaşı ilə dolanırlar. Başqa sahələrdə işləyərək maaş alırlar. Amma öz planlarımız var və daim inkişaf etmək istəyirik”.


