Futbolçu bu tərbiyəsizliyinə görə meydandan qovuldu – Video

Futbol üzrə Meksika çempionatının “Keretaro” – “Atlas” matçında sosial şəbəkələrdə xoşagəlməz əks-səda doğuran hadisə yaşanıb.

Arena.az xəbər verir ki, bu gün baş tutan və “Keretaro”nun 1:2 hesablı məğlubiyyəti ilə başa çatan matçda meydan sahiblərinin meksikalı sağ cinah müdafiəçisi Omar Mendoza təkbətək mübarizədə əli ilə rəqibi, kolumbiyalı mərkəz yarımmüdafiəçisi Xuan Sapatanın arxasını dəfələrlə ovuclayaraq, barmağını futbolçunun “arxa dəiyinə” soxub. Hakim müvafiq əməlinə görə Omar Mendozanı meydandan kənarlaşdırıb.

Oyun gərgin, amma bərabər mübarizə şəraitində keçib. Birinci hissəyə əlavə edilmiş təzminat dəqiqələrində (45+8) “Atlas” hesabı açıb. İkinci hissədə məqamların birində Omar Mendoza Xuan Sapatanın “arxa dəliyinə” barmaq edib. Zərərçəkmiş hakimə yaxınlaşaraq şikayət etsə də, hakim ona dərhal inanmayıb. Sapatanın israrı ilə hakim videotəkrarı izləməyə yollanıb. VAR Omar Mendoza tərəfindən murdar qayda pozuntusu dəlilini təsdiqləyib və hakim 62-ci dəqiqədə “barmaqçı”ya qırmızı vərəqə göstərərək meydandan qovub.

Mendozanın oyundan kənarlaşdırılması onun biədəb hərəkətinin görünmədiyi tribunadakı azarkeşlər arasında çaşqınlıq yaradıb. Bununla belə, stadionun tablosu VAR-ın müəyyən edərək təqdim etdiyi nalayiq məqamın videotəkrarını nümayiş etdirərək, azarkeşlərə aydınlıq gətirib.

Buna rəğmən, azlıqda qalmış meydan sahibləri 81-ci dəqiqədə hesabı bərabərləşdirməyi bacarıblar. Amma qonaqlar son anda qələbə qoluna imza atmaqla 3 xal qazanıblar. Maraqlıdır ki, qələbə qolunu əsas vaxta əlavə edilmiş son dəqiqələrdə (90+1) məhz Omar Mendozanın barmağından əziyyət çəkmiş Xuan Sapata vurub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: