Günay Məmmədzadə DÇ-də bürünc medal qazandı

Azərbaycan şahmatçısı Günay Məmmədzadə Hindistanın MGD1 komandasının heyətində rapid üzrə dünya çempionatının bürünc mükafatçısı olub.

Arena.az xəbər verir ki, Almaniyada təşkil olunmuş dünya çempionatında 12 turun yekun nəticəsinə əsasən MGD1 komandası 18 xal toplayıb.

Nəticədə şahmatçımızın komandası yarışı üçüncü pillədə başa vurub. Günay Məmmədzadə MGD1 klubunun heyətində keçirdiyi 4 oyunda 3 xal toplayıb.

Rapid növü üzrə dünya çempionatında qələbəni Bakıda keçirilən Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandanın da şərəfini qoruduğu “WR Chess” bayram edib. Qalib komanda 22 xalla bütün rəqibləri qabaqlayıb. “WR Chess” komandasının heyətində Praqnanandhadan başqa Yan Nepomnyaşşiy (Rusiya), Uesli So (ABŞ), Nodirbek Abdusattorov (Özbəkistan), Yan-Kşiştof Duda (Polşa), Vinsent Kaymer (Almaniya), Hou İfan (Çin), Aleksandra Kostenyuk (İsveçrə) və Vadim Rosenşteyn (Almaniya) də yer alıblar.

Dünya çempionu Vişvanatan Anandın çıxış etdiyi “Freedom” 20 xalla ikinci yerlə kifayətlənib.

Dünya çempionatında bütövlükdə 36 komanda mübarizə aparıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: