“Sabah”ın müdafiəçisi Həzrət Səmədov 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının düşərgəsindən ayrılıb.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib. “Sabah”ın müdafiəçisi Həzrət Səmədov zədə səbəbindən millinin düşərgəsindən ayrılıb.
Qeyd edək ki, U-20 Qəbələ toplanışı zamanı oktyabrın 3-də Moldova, 6-da isə Yaponiya yığması ilə yoxlama oyunları keçirəcək. Bu oyunlar üçün açıqlanmış heyətdə yer alan digər futbolçuların siyahısı belədir:
U-20 millimizə dəvət edilmiş futbolçuların adlarını nəzərinizə çatdırırıq:
Həbib Hüşənov (Qəbələ)
Aftandil Arıxov (Sumqayıt)
Ayxan Abbaszadə (İmişli)
Uğur Qurbanlı (Qarabağ)
Səttar Tahirzadə (Marcet, İspaniya)
Murad Qurbanov (Zirə)
Rəşad Alışov (Qarabağ)
Vüsal Paşayev (Sumqayıt)
Əhməd Tarverdiyev (Sabah)
Nadir Orucov (Sumqayıt)
Raul İsaqov (Kəpəz)
Əliəkbər Rzazadə (Qarabağ)
Pünhan Qasımzadə (Neftçi)
Abduləziz Cabbarlı (Qarabağ)
Anar Hüseynov (Sabah)
Əli Qazibəyov (Qarabağ)
Həsən Nəzərli (Keçiören Spor, Türkiyə)
Əli Bəşirov (Qarabağ)
Vüsal Kərimov (Neftçi)
Ziya Şəkərxanov (Qəbələ)
Əli İbrahim (Qarabağ)
Şahnur İsmayılov (Kəpəz)
Şahin İbrahimov (Sabah)
Nihad Orucəli (Sumqayıt)


