Erlinq Halandın “Mançester Siti”nin “Mançester Yunayted”ə qarşı keçirdiyi oyunda vurduğu qol səhv qərar kimi qiymətləndirilib.
Arena.az xəbər verir ki, İngiltərə Premyer Liqası matçlarında hakimlərin fəaliyyətinə cavabdeh olan “Pro Ref” təşkilatı norveçli hücumçunun qolunun səhvən qeydə alındığını açıqlayıb.
Təşkilatın qənaətinə görə, VAR-da olan hakim qol epizodunda ofsayd mövqeyində olan “Mançester Siti”nin argentinalı yarımmüdafiəçisi Entso Fernandesin epizoddakı rolunu və mövqeyini düzgün qiymətləndirməyib. VAR hakimi oyuna müdaxilə etməli və baş hakimə epizoda yenidən baxmaq imkanı yaratmalı idi.
“Bu axşam “Mançester Yunayted”lə əlaqə saxlayaraq Halandın qolu zamanı səhvə yol verildiyini etiraf etdik. Hadisə ilə bağlı araşdırma aparılacaq”, – deyə “Pro Ref”in açıqlamasında bildirilib.
Xatırladaq ki, bazar günü keçirilmiş qarşılaşmada “Mançester Siti” 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu Holand vurub. “Mançester Siti” 23-cü dəqiqədən etibarən 10 nəfərlə oynayıb.


