Hansi Flik – La Liqada mövsümün ən yaxşı məşqçisi!

“Barselona”nın almaniyalı baş məşqçisi Hansi Flik İspaniya La Liqasında 2025/2026-cı illər mövsümünün ən yaxşısı adına layiq görülüb.

Arena.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

Almaniyalı mütəxəssis bu nüfuzlu mükafata ardıcıl ikinci dəfə sahib çıxıb.

O, səsvermədə “Xetafe”nin çalışdırıcısı Xose Bordalas və “Vilyarreal”ın baş məşqçisi Marselino Qarsiya Toralı qabaqlayıb.

Xatırladaq ki, Hansi Flik 2024-cü ilin yayında Xavi Ernandesin əvəzində “Barselona”ya baş məşqçi təyin olunub. 61 yaşlı almaniyalı mütəxəssisin rəhbərliyi altında komanda ilk mövsümdə La Liqanı, İspaniya Kubokunu və Super Kubokunu qazanıb. Flikli “Barselona” 2025/2026-cı illər mövsümünü də İspaniya çempionu kimi başa vurub.

“Barselona” Flikin rəhbərliyi altında bütövlükdə 116 oyuna çıxıb, 88 qələbə qazanıb, 10 heç-heçə edib, 18 məğlubiyyətə üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: